Həkimlər maşınımızı əlimizdən alacaq


18:12     30 Noyabr 2016 surucu44.jpg

“Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sürücüsü təcili tibbi yardıma ehtiyacı olan şəxsi daşımağa borcludur. Həmin maddəyə əsasən, sürücü həmçinin zərurət yarandıqda təcili yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə təqdim etməlidir”.


Femida.az xəbər verir ki, bu sözləri vəkil Asif Abdullayev deyib.

Asif Abdullayev bildirib ki, bu halda yaranmış xərclər həmin orqan tərəfindən ödənilməlidir:

`Sürücünün tələbi ilə, onun avtomobilindən istifadə müddəti, gedilmiş məsafə, nəqliyyat vasitəsindən istifadə etmiş şəxsin soyadı, vəzifəsi, xidməti vəsiqəsinin nömrəsi və işlədiyi müəssisənin adı göstərilən arayış təqdim edilməlidir. Avtomobilin həmin şəxsə təqdim edilməsi ilə bağlı yaranmış xərclər həmin orqan tərəfindən ödənilir`.

Vəkil sonda qeyd etdi ki, sürücü maşını verməkdən imtina etdikdə cərimələnə də bilər:

`İnzibati Xətalar məcəlləsinin 356.2.-ci maddəsinə əsasən, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa və ya eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitəsinin təqdim edilməməsinə görə sürücü 40 manat məbləğində cərimə edilir`.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1486