Qızını müəlliminin qucağında görüb - ŞOK OLDU


16:01     03 İyul 2015 qız.jpg

Bodrumda ibtidai məktəbdə 8-9 yaşları 4 qız uşağına təcavüz edən 53 yaşındakı müəllim üçün 16 il həbs istənildi.


Məhkəmədə söz alan valideynlərdən biri aşağıdakı fikirləri söyləyib: “Məktəbə gedəndə şagirdlər həyətdə oynayırdı. Qızımı orada görə bilmədiyim üçün sinfə getdim. Qapını açanda qızımı müəllimin qucağında oturan gördüm. Şok oldum. “Nə baş verir?” deyən kimi tez qızımı aşağı endirdi. Məgərsə bu ilk deyilmiş. Övladımın dediklərini burada danışa bilmərəm. Şikayətçiyəm.”

Məhkəmədə şagirdlərin də verdiyi ifadələr dinlənilib: “Artıq məktəbə getmək istəmirdik. Sonunda valideynlərimizə və digər müəllimlərimizə vəziyyəti danışdıq. Sinifdə 22 şagird var idi. Amma oğlan şagirdlər müəllimin qucağında oturmurdu”.

Təqsirləndirilən müəllim isə ittihamları rədd edib: “18 ildir ki, müəlliməm. Bu günə qədər nə bu mövzu, nə də hər hansı başqa mövzu ilə əlaqədar məhkəməlik olmamışam. Müəllimələr şagirdləri mənə qarşı yönləndirdilər. Şagirdlər özləri müəllim kimi görünmək üçün mənim stolumda oturmaq istəyirdilər. Mən də onları qucağıma alıb, dizimin üstündə otuzdururdum. Onların ayaqlarına toxunmağım cinsi istismar məqsədi daşımırdı. Mən uşaqların cinsi orqanlarına əlimi toxundurmamışam.”

Müəllimin bu sözündən sonra hakim ona bu sualı verdi:

“Bəli bəzi uşaqlar müxtəlif vəzifəli şəxslərin kreslolarında oturmağı xoşlayır. Bu normaldır. Bəzi hallarda hətta baş nazir və parlament sədri də öz kreslolarını uşaqlara həvalə edirlər. Amma bu günə qədər sizin etdiyiniz kimi bir hadisə ilə qarşılaşmamışıq. Sizin fikrinizcə, bu qəribə deyilmi?”

Məhkəmə daha ətraflı araşdırma aparılması üçün 15 avqust 2015-ci il tarixinə təyin olundu.

Femida.az

Açar sözlər:

Oxunub: 1652