Qızını öldürən şəxsin məhkəməsi başlayıb
17:45 16 Mart 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az-ın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Femida.az
Oxunub: 619
Oxşar xəbərlər
- Qızını zəhərləyib öldürən anaya 17 il həbs verildi
- Qızının ad gününə gələn ana hamamda boğuldu
- Qızını zəhərləyib öldürən ananın məhkəməsi başlayır
- Qızının başını kəsən ata həbsdə öldü
- Qızını zorladı, gəlin öldü, qaynananın vəziyyəti ağırdır - Xronika
- Qızını zorlayan ögey ataya hökm oxundu
- Qızını zorladığına görə ərini öldürdü
- Qızını universitetə düzəltmək üçün pul verdi, amma...
- Qızını müəlliminin qucağında görüb - ŞOK OLDU