Qızını zorladığına görə ərini öldürdü


23:34     06 Sentyabr 2016 oz-kizini-taciz-eden-esini-olduren-kadin-yeniden-yargilaninca-cezasi-15-yila-dustu-7614589.Jpeg

Qızını zorladığına görə ərini öldürən qadına 15 il azadlıqdan məhrumetmə cəzası verilib.


Bu barədə Femida.az Türkiyə mediasına istiandən xəbər verir.

Hadisə 2013-cü ilin 8 mart tarixində baş verib. Kənd təsərrüfatı ilə məşğul olan Dərya İşık adlı qadın hadisə baş verəndən 12 il öncə Əmrullah Baykuş adlı işsiz bir kişi ilə dini nikaha daxil olur. Bu evlilikdən onların 4 övladı dünyaya gəlir. Övladlardan böyüyü, 11 yaşlı Esra (ad şərtidir) bir gün anasına deyir ki, atası ona qarşı cinsi təcavüz edir. Qızının dediklərinə inanmaq istəməyən ana mağazaya çörək almağa getdiyini deyir, sonra isə qızının qaldığı otaqda gizlənir. Bu zaman o, ərinin qızına təcavüz etdiyini öz gözləri ilə görür. Bunu həzm edə bilməyən Dərya İşık ərini yatdığı yerdə tapança ilə güllələyib öldürür.

Adana Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən, Dərya İşık ömürlük azadlıqdan məhrum edilir. Apellyasiya şikayəti verən Dərya İşık bildirir ki, cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olur. Şikayətə yenidən baxıldıqdan sonra Dəryanın cəzası 15 ilə endirilir. Bundan başqa, sənədsiz silah gəzdirdiyinə görə ona əlavə 1 il 8 ay həbs cəzası verilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1897