Qızını zəhərləyib öldürən anaya 17 il həbs verildi
21:47 08 Noyabr 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az -ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
Oxunub: 2513
Oxşar xəbərlər
- Qızının ad gününə gələn ana hamamda boğuldu
- Qızını zəhərləyib öldürən ananın məhkəməsi başlayır
- Qızının başını kəsən ata həbsdə öldü
- Qızını öldürən şəxsin məhkəməsi başlayıb
- Qızını zorladı, gəlin öldü, qaynananın vəziyyəti ağırdır - Xronika
- Qızını zorlayan ögey ataya hökm oxundu
- Qızını zorladığına görə ərini öldürdü
- Qızını universitetə düzəltmək üçün pul verdi, amma...
- Qızını müəlliminin qucağında görüb - ŞOK OLDU