80 tələbə xaricdə oxumaq istəmədi
15:35 07 Sentyabr 2016
Tələbələrin "transfer.edu.az" elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, 10 avqust - 5 sentyabr 2016-cı il tarixlərində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib.
Bildirilib ki, bu müddətdə 1061 nəfər tələbə portala müraciət edib: “Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 51 tələbə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib”.
Qeyd edək ki, təhsil nazirinin “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin "transfer.edu.az" elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.
Femida.az
Oxunub: 1168
Oxşar xəbərlər
- 80 yaşlı qadın məhkmədən sonra öldü - Kredit borcuna görə gəlmişdi
- 80 cinayət növü üzrə həbs cəzası ləğv olunur - Cinayət Məcəlləsi dəyişir
- 80 yaşlı kişi arvadını baltaladı - Lənkəranda
- 800-ə yaxın sürücü sarı zolağa görə cərimələnib
- 80 yaşlı məhkum azadlıqda - Arvadına xəyanət etmişdi
- 80 yaşlı qadının evinə girən şəxs tutuldu
- 80 yaşlı qadını qətlə yetirən şəxsə - 17 il həbs
- 800-ə yaxın miqrant ölümdən döndü
- 800 minlik cinayət edən şəxsin məhkəməsi oldu
- 800 müəllim işdən çıxarıldı - Tovuzda 5000 manat qalmaqalı