80 yaşlı qadın məhkmədən sonra öldü - Kredit borcuna görə gəlmişdi


14:45     03 Avqust 2017 qoca%20qadin%20aglayir%20doyul.jpg

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb.

Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 9068