Hüseyn Bağırov Şirvanda vətəndaşlarla görüşüb
20:16 27 Yanvar 2017
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Femida.az xəbər verir ki, qəbul zamanı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 1035
Oxşar xəbərlər
- Hüseyn Cavidin yubileyi keçiriləcək
- Hüseyn Bağırov Yardımlıda qəbul keçirəcək
- Hüseyn Əlixanov BQXK nümayəndə heyətini qəbul edib
- Hüseyn Bağırov vətəndaşlarla görüşəcək
- Hüseynbala Mirələmovun vəziyyəti stabildir
- Hüseyn Cavid prospekti də rənglənəcək
- Hüseyn Bağırov Ağdamda vətəndaşlarla görüşüb
- Hüseyn Bağırov şöbə müdirlərinə xəbərdarlıq etdi
- Hüseyn Cavid prospektində piyada keçidi tikilir
- Hüseyn Bağırov vətəndaşları qəbul edib