Hüseyn Cavid prospekti də rənglənəcək


17:02     18 Aprel 2017 kuce%20renglenme0.jpg

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Femida.az-a verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1041