Hüseyn Bağırov Yardımlıda qəbul keçirəcək


15:49     25 Avqust 2017 huseyn%20bagirov.jpg

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 771