Gömrükdən siqaret əməliyyatı


22:17     09 Mart 2017 siqaret%20%20gom.jpg

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E-220” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin sağ və sol ayaqaltı hissəsində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 9200 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 762