Gömrükdən telefon keçirən şəxs tutuldu


15:46     06 Aprel 2017 telefon1.jpg

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 870