Gömrükdən büdcəyə daxilolmalar artıb
14:34 11 May 2017
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 758 mln. 93,39 min manat daxil olub.
Komitənin açıqladığı statistikaya görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 113 mln. 780,82 min manat və ya 17,66% artıb.
Bu ilin dörd ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 210 mln. 209,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 513 mln. 897,69 min manat, aksizlər üzrə 23 mln. 776,51 min manat, yol vergisi üzrə isə 10 mln. 209,35 manat təşkil edib.
Femida.az
Oxunub: 1033
Oxşar xəbərlər
- Gömrükdən gizlədilən mal tutuldu
- Gömrükdən külli miqdarda narkotik keçirmək istədi - tutuldu
- Gömrükdən telefon keçirmək istədi
- Gömrükdən büdcəyə daxilolmalar – AÇIQLANDI
- Gömrükdən `beşbarmaq` keçirmək istədi
- Gömrükdən dövlət büdcəsinə 1.7 milyard daxil olub
- Gömrükdən gələn pul artıb
- Gömrükdən telefon keçirən şəxs tutuldu
- Gömrükdən siqaret keçirmək istədi, saxlanıldı
- Gömrükdən siqaret əməliyyatı