Qazaxıstanda Azərbaycanla bağlı sərgi keçirilib


15:35     06 May 2017 sergi-qazaxistan-may_1494057521.jpg

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Qazaxıstandakı səfriliyinin təşkilatçılığı ilə Milli muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan - islam dünyasının incisi" fotosərgi keçirilib.


Sərgi çərçivəsində may ayında Azərbaycanın paytaxtı Bakıda baş tutacaq islam oyunlarını haqqında video-çarx nümayiş olunub. Sərgi iştirakçılarına məlumat verilib ki, İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Bildirilib ki, islam həmrəyliyi oyunlarında Qazaxıstandan 6 idman növü üzrə idmanmılar iştirak edəcək. Vurğulanıb ki, bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.

Bu mötəbər tədbir Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Sərgi Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş 50-dən çox foto nümayiş olunurdu. Azərbaycanın Qazaxıstndakı səfiri Rəşad Məmmədov 2017-ci il Azərbaycanda İslam Həmrəylik ili elan olunmasından və Bakıda İslam Həmrəylik oyunları başlanması haqda iştirakçılara ətraflı məlumat verdi.

Diplomat Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsindən də danışıb. Hər iki ölkənin multikulturalizmi dövlət siyasətinin prioritetləri sırasına daxil edib və bunu əyani olaraq aktiv şəkildə həyata keçirməsini və multikulturalizmin Azərbaycan və Qazaxıstanın həyat tərzinə çevrildiyini bilidirib. Daha sonra səfir ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edildi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı fəlakətlərdən xilas edərək sürətli inkişaf yoluna çıxarıb. Ulu öndərin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğunu qeyd edilib və bunun görkəmli liderlər tərəfindən dəfələrlə vurğulandığı diqqətə çatdırıb. Sərgidə nümayiş olunan şəkillərdə Heydərin Əliyev Azərbaycanın həm daxili, həm də xarici siyasətində qlobal dönüşə nail olmuş dahi siyasətçi olduğu öz əksini tapıb. Sərgi iştirakçılarda böyük maraq oyadıb. Mayın 21-dək davam edəcək sərgidə Azərbaycanın müqəddəs abidələrinin fotosərgisi də nümayiş etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 946