Qazaxıstanda snayperlərin yarışı keçiriləcək


20:53     04 Avqust 2017 d9b25f99476b734f85caa8ddca7b977e.jpg

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışları başlayacaq.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərinin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.

17 ölkənin komandalarının iştirak etdiyi yarışlar avqustun 9-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 776