Qazaxıstanda 13 azərbaycanlı saxlanılıb
15:47 22 Oktyabr 2017
Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb.
Femida.az "Report"a istinadən xəbər verir ki, yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.
Belə olan halda Azərbaycan vətəndaşları Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinin eyni anda iki hissəsi üzrə qanun pozuntusuna yol vermiş olublar.
Faktla bağlı inzibati protokol tərtib edilib. Toplanan materiallar məhkəməyə göndəriləcək. Orada həm işçilərin, həm də işverənlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacaq.
Femida.az
Oxunub: 886
Oxşar xəbərlər
- Qazaxıstanda 11 terror aktının qarşısı alındı
- Qazaxıstanda 4 nəfər tutuldu - İŞİD təbliğatına görə
- Qazaxıstanda 4 azərbaycanlı tutuldu
- Qazaxıstanda snayperlərin yarışı keçiriləcək
- Qazaxıstanda azərbaycanlı güllələdilər
- Qazaxıstanda təyyarə qəzası - 2 nəfər öldü
- Qazaxıstanda Azərbaycanla bağlı sərgi keçirilib
- Qazaxıstanda Xocalı soyqırımı anıldı
- Qazaxıstanda nə baş verir?
- Qazaxıstanda bina uçdu - 9 ölü