Qazaxıstanda təyyarə qəzası - 2 nəfər öldü


14:59     27 İyul 2017 teyyare%20qeza2.jpg

Qazaxıstanda təyyarə qəzası baş verib.


Femida.az xəbər verir ki, respublikanın Mülki Aviasiya Nazirliyi qəzanın Almatıda baş verdiyini bildirib.

Məlumata görə, Yak-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Təyyarənin ərazidə aviakimyəvi dərmanlama işləri apardığı bildirilir.

Qeyd olunur ki, təyyarə yerə düşdükdən sonra alışıb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 870