Ən güclü orduya malik ölkələr: Azərbaycan Ermənistanı qabaqlayır
16:54 31 Avqust 2017
Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir.
Femida.az xəbər verir ki, bu barədə “Global Fire Power” portalının hesabatında deyilir.
Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb.
Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.
Ümumilikdə reytinqdə 133 ölkə yer alıb.
İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.
Femida.az
Oxunub: 2914
Oxşar xəbərlər
- Ən çox nefti olan ölkələr - İlk `20-lik`də Azərbaycan da var
- Ən az borcu olan ölkələrin SİYAHISI
- Ən çox istifadə olunan e-xidmətlər - Nazirlik açıqladı
- Ən çox işsiz bu rayondadır
- Ən yaxşı tabor komandirləri seçilir - FOTOLAR
- Ən güclü zəlzələ Ağdamda olub - 5.7 bal
- Ənvər Seyidov yenidən xəstəxanaya düşdü
- Əncir ağacından yıxılıb öldü
- Ən çox uşaq bu rayonlarda ölür - STATİSTİKA
- Ən az məktəb bu rayondadır