Ən çox işsiz bu rayondadır


19:32     04 Dekabr 2017 issizler4.jpg

Bakı şəhəri üzrə Xətai rayonu ən çox işsizlərin olduğu rayondur.


Femida.az xəbər verir ki, rayonda 3 317 nəfər işsiz qeydə alınıb. Onlardan da 338- i dövlətdən işsizliyə görə müavinət alır. Ən az işsizi olan rayon isə Pirallahıdır. 17 işsizi olan rayonun 13 nəfəri dövlətdən müavinət alır. Ümumilikdə Bakının rayonları üzrə işsizliyə görə müavinət alan 2407 nəfərə hesablanmış orta aylıq məbləğ 308,77 manat olub.

Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 6746 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat oktyabr ayının axırına şəhər üzrə cəmi 2045 nəfərdir, onlardan 1746 nəfəri fəhlələrdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1832