Ən güclü zəlzələ Ağdamda olub - 5.7 bal


17:27     24 Noyabr 2017 zelzele_xarite_231017_025.jpg

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 5729 zəlzələ baş verib.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycan daxilində 3642 yeraltı təkan qeydə alınıb. Onların 25-i hiss olunub.

Bu il ən güclü zəlzələ noyabrın 15-də 5,7 maqnituda ilə Ağdam rayonunda baş verib.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 759