Uşaqların cəzaları yüngülləşdirilir - YENİ LAYİHƏ
20:24 25 Sentyabr 2017
Azərbaycanda yetkinlik yaşına çatmayanlarla bağlı yeni, daha yüngül cəza növlərinin tətbiq edilməsi təklif olunur.
Femida.az xəbər verir ki, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə (CM) yeni 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunması edilməsi təklif edilir.
Təklifə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu məcəllənin 85.1-ci maddəsində (Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə; ictimai işlər; islah işləri; müəyyən müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad olunması mümkündür.
Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli məclisdə müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 877
Oxşar xəbərlər
- Uşaqların müalicəsinə 4 milyon ayrılacaq
- Uşaqlarını təhqir edən valideynlər məhkəmədə cavab verəcək
- Uşaqların kütləvi zəhərlənməsi ilə bağlı - Nazirlikdən açıqlama
- Uşaqlarınız sizi məhkəməyə verə bilər - Valideynlərin nəzərinə!
- Uşaqlarını görməyən erməni atalar - Səfalət (VİDEO)
- Uşaqların sinə vurmaları ilə bağlı axunddan açıqlama - VİDEO
- Uşaqların gözü ilə 20 Yanvar – VİRTUAL SƏRGİ
- Uşaqların gözü ilə 20 Yanvar - FOTOLAR
- Uşaqlarının vahid məlumat bankı yaradılır
- Uşaqlarını öldürən ana 13 yaşında ailə qurub