Lənkəranda köməksiz qalan 17 nəfər təxliyə edilib


01:09     05 Oktyabr 2017 trend_flood_0311123.jpg

Lənkəranda yağışlar nəticəsində köməksiz qalan 17 nəfər təxliyə edilib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 14 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 603