Lənkəranda mina təhlükəsi


14:08     26 Noyabr 2017 11e2de5d126f1829dc8f4c8214a78292.JPG

Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşqara kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.


ANAMA-dan verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qoşqar çayının sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən mina və partlamamış hərbi sursat aşkar edilməyib, 1 ədəd əleyhqazın hissəsi aşkar edilərək götürülüb.

Aşkar olunmuş əleyhqazın hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 860