Lənkəranda piyadanı maşın vurub


00:04     19 Dekabr 2017 astarada-piyadan-vurub-ldrdlr_14.jpeg

Lənkəran rayonunda avtomobil piyadanı vurub.


Hadisə rayonun Qumbaşı kəndi ərazisində baş verib.

Belə ki, "Lexus" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 40-45 yaşlarında olan kişini vurub. Ağır bədən xəsarətləri alan yaralını sürücü öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralı huşsuz vəziyyətdə olduğundan onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb: "Onun vəziyyəti orta-ağır olaraq qalır".

Faktla bağlı araşdırmalara başlanılıb. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 486