Lənkəranda meşəbəyilər tutulub - Oğurluğa görə
20:09 09 Dekabr 2017
Lənkəranda əvvəllər meşəbəyi işləyən şəxslər oğurluq etdiklərinə görə saxlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin may ayının 10-da İdris Höccətova məxsus torpaq sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakini Taleh Abbasov saxlanılıb.
Həmin şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən olunub ki, rayonun Xanbulan kəndində yaşayan Taleh Abbasov müxtəlif vaxtlarda tanışları - Ramin Kişiyev, Nahid Muradlı, İlkin Cəbiyev, Mehbalı Əliyev, Sadiq Qurbanov, Azad Abbasovla əlbir olaraq vətəndaşlara məxsus, ümumilikdə, 12 baş inəyi oğurlayıb. O, cari ilin fevral ayından sentyabradək olan müddətdə əlbir olduğu şəxslərlə birlikdə törətdiyi oğurluq əməlləri ilə 7 nəfərə, ümumilikdə, 12 min manatdan artıq ziyan vurub.
Aparılan araşdırmalarla mal-qaranın, əsasən, Hirkan Milli Parkının Xanbulan kəndi ətrafında yerləşən meşəlik ərazidən oğurlandığı müəyyən edilib. Əvvəllər Taleh Abbasovun, daha sonra isə Ramin Kişiyevin həmin ərazidə meşəbəyi işləmələri məlum olub. Onlar oğurladıqları iribuynuzlu heyvanları rayon ərazisindəki qəssablara şəxsi təsərrüfatlarında yetişdirdiklərini deyərək satıblar. Oğurlanan heyvanlardan ikisi maddi sübut qismində götürülüb.
Taleh Abbasov və adıçəkilən digər şəxslər istintaqa cəlb edilib və barələrində cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, Xanbulan kənd sakini olan Taleh Abbasov cari ilin yanvar ayında meşə sahəsində həmyerliləri ilə münaqişə zəminində odlu silahla vurularaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Lənkəranda piyadanı maşın vurub
- Lənkəranda gəlinləri yoldan çıxaran kişiyə qarşı ŞOK ADDIM
- Lənkəranda sultanlara aid xəzinə tapıldı
- Lənkəranda mina təhlükəsi
- Lənkərandakı yanğın tam söndürülüb
- Lənkəranda qəza: Xəsarət alanlar var
- Lənkəranda iki gənci maşın vurub
- Lənkəranda 4 otaqlı ev yanıb
- Lənkəranda tank əleyhinə mina tapılıb
- Lənkəranda köməksiz qalan 17 nəfər təxliyə edilib