Oğuzda meşələr yanır
01:24 25 Avqust 2016
Böyük Qafqaz sıra dağlarının Oğuz rayonu ərazisindəki meşələrdə yanğın hadisəsi baş verib.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, rayonun Xaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar qeydə alınır.
Rayon sakinlərinin verdiyi məlumata görə, hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.
Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, indi yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Oxunub: 1058
Oxşar xəbərlər
- Oğuzda qanunsuz at kəsimi aşkarlanıb
- Oğuzda ev yanıb
- Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var
- Oğuzda qəza: 6 yaşlı qız öldü
- Oğuzda iki qardaş döyüldü
- Oğuzda 4 otaqlı ev yandı
- Oğuzda meşə yanır
- Oğuzda ağır qəza - 3 nəfər öldü
- Oğuzda zəlzələ olub
- Oğuzda partlayış olub - Bir ailənin 3 üzvü yaralanıb