Zaqatalada meşə yanır


23:38     24 Sentyabr 2017 mese%20yangini.jpg

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.


Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdü. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 794