Kərkükdə kütləvi məzar tapıldı


02:21     23 Noyabr 2017 kutlevi%20mezar6.jpg

İraqın Kərkük şəhərində kütləvi məzar tapılıb. Kərkük vilayət rəhbəri Rakan Səid Leylan qəsəbəsi yaxınlığında kütləvi məzarın yerləşdiyi regiona gedib.


Səid "Kərkükün şimal-şərqində kimlikləri hələ müəyyən edilə bilinməyən və kütləvi halda basdırılan onlarla cəsəd ortaya çıxdı", - deyə bildirib. Bölgə əhalisinin məlumatını təhlükəsizlik qüvvələrinin qiymətləndirilməsi ilə kütləvi məzarın ortaya çıxdığını bildirən Səid "Cəsədlərin 2003-cü ildən bu yana şəhərdəki cinayətkarı naməlum qətllərin qurbanları olduqları güman edilir", - deyib.

Kütləvi məzar ilə bağlı həqiqətlərin ortaya çıxması üçün komissiya təşkil edildiyinə diqqəti çəkən Kərkük vilayət rəhbəri "Səhiyyə İdarəsi, Vilayət Təhlükəsizlik Komissiyası və Bələdiyyə tərəfindən yaradılacaq komissiya tərəfindən yoxlamalar başlanılacaq", - deyə qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 604