Həyətində çətənə kolları yetişdirən şəxs saxlanılıb


02:54     01 İyun 2017 cetene_kolu_0018.jpg

Həyətində çətənə kolları yetişdirən Saatlı sakini saxlanılıb.


Saatlı polis şöbəsinin əməkdaşları rayon sakini, 1972-ci il təvəllüdlü Rzayev Faiq Ağabala oğlunun yaşadığı Cananşir küçəsi ev 3 ünvanında yerləşən həyətyanı sahədə narkotik tərkibli çətənə kolları yetişdirdiyi məlum olub.

Həmin həyətdə yerləşən yarımtikilidə 61 ədəd, hündürlüyü 1,8 -2,0 metr olan kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülüb.

Həmçinin onun yaşadığı evə baxış keçirilərkən oradan kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 721