Həyətində kulli miqdarda çətənə kolu tapıldı


00:12     02 Sentyabr 2017 2015-04-29-15-07-19narkotik9.jpg

Bərdə rayonunun Zumurxan kəndində yerli sakinin həyətində narkotik maddə olan çətənə kolları aşkar edilib.


Polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini Məmmədov Teyyub İsa oğlunun yaşayış evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilmiş uzunluğu 170-190 santimetr olan 17 ədəd çətənə kolu və çəkisi 3.775 kiloqram olan qurudulmuş çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 708