Həyətində narkotik yetişdirirdi, ifşa olundu


16:11     19 İyul 2017 cetene_kolu_0018.jpg

Cəlilabadda narkotik vasitə becərən şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarazəncir kənd sakini Rəşid Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 139 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 765