Həyətində narkotik becərən şəxs tutuldu


21:22     25 Avqust 2017 heyetinde-narkotik-beceren-25082017-3.jpg

Siyəzən rayonu ərazisində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Tağay kənd sakini, 1963-cü il təvəllüdlü Bəşirov Suliddin Xəlfə oğlunun həyətyanı sahəsində 15 ədəd, ümumi çəkisi 2445 qram olan narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 756