Çin 68 əsgərin cəsədini Rusiyaya qaytarır - 112 il sonra


03:55     29 May 2016 1464455829.jpg

Çin 1904-1905-ci illərdə baş vermiş Rus-Yapon müharibəsində ölən 68 əsgərin cəsədini Rusiyaya təhvil verəcək.



Femida.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi Vladimir Popov deyib.

O bildirib ki, sözügedən cəsədlər Rusiyada dəfn olunacaq:

“Bu tarixi hadisə iki ölkə arasındakı mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Cəsədlər Rusiya-Çin sərhədində yerləşən Blaqoçeşensk şəhərində təhvil alınacaq və elə orada da dəfn olunacaq”.

Qeyd edək ki, sözügedən əsgərlərin cəsədləri 2014-cü ildə inşaat qazıntıları zamanı Siping şəhərində tapılmışdı.

Açar sözlər:

Oxunub: 5235