DİN-dən Ağcabədidəki partlayışla bağlı AÇIQLAMA


15:46     20 Fevral 2017 din94.jpg

Ağcabədi rayonunda partlayış baş verib.


Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata görə, fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.

Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 5710