DİN-dən mitinqlə bağlı bəyanat: 1500 nəfər iştirak edib


21:20     08 Aprel 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3161