DİN-dən polis şöbəsindəki ölümlə bağlı açıqlama


18:56     27 Mart 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1698