DİN-dən Bayram Kürdəxanlının ölümü ilə bağlı AÇIQLAMA


16:18     23 Avqust 2017 maxresdefault52.jpg

Daxili İşlər Nazirliyi meyxanaçı Bayram Kürdəxanalının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B. Quliyev orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4144