DİN-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA
20:10 09 Mart 2017
Daxili İşlər Nazirliyi (DİN) Bakı-Sumqayıt yolunda baş vermiş qəza barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda deyilir ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 3224
Oxşar xəbərlər
- DİN-dən əməliyyat: 31 kq narkotik dövriyyədən çıxarıldı
- DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
- DİN-dən Şəmkirdəki quldurluq hadisəsi ilə bağlı AÇIQLAMA
- DİN-dən Bayram Kürdəxanlının ölümü ilə bağlı AÇIQLAMA
- DİN-dən açıqlama: Axtarışda olan 20 nəfər həbs olunub
- DİN-dən mitinqlə bağlı bəyanat: 1500 nəfər iştirak edib
- DİN-dən qəbiristanlıq qalmaqalı ilə bağlı AÇIQLAMA
- DİN-dən polis şöbəsindəki ölümlə bağlı açıqlama
- DİN-dən Ağcabədidəki partlayışla bağlı AÇIQLAMA
- DİN-dən intihar edən keçmiş polislə bağlı AÇIQLAMA