“Təmiz Dünya” İctiami Birliyi müraciət etdi - Qadınlarla bağlı


14:21     21 Aprel 2016 57.JPG

“Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi və Victory Organization 25 aprel 2016–ci il 25avqust 2016-ci il tarixdək ölkədə İnsan alveri ilə mübarizə üzrə virtual hərkata start verir.


Femida.az xəbər verir ki, hərkatın məqsədi, sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

Son illər beynəlaxaq cinayətkarlıq statistikasına nəzər yetirdikdə məhz insan alveri qrubanlarının virtual şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyasını diqqəti cəlb edir. Gənclərimizin bu cür cinayətlərin qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə vrital hərkata start verilir. Hərakatın digər missiyası gənclərin məlumatlandırılması, insan alveri cinayətinə cəlb etmə prosesinin qarşısının alınması, çətinlikdə olan gənclərə yardımları göstəriləsi kimi fəaliyyətlər nəzərdə tutulur.
Kampaniya boyu müxtəlif məzmunlu mesajlar və mətnlər hazırlanacaq, insan alveri cinayətinə cəlb edilmək ehtimalı olan gənclərin zəng vura biləcəyi telefon nömrələri yayılacaq.
Gənclər onları narahat edən digər məslələrlə bağlı da zəng vurub məsləhət ala biləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1913