“Təmiz Dünya”dan insan alverinə qarşı tədbir


21:43     09 İyul 2015 img1852524.jpg

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində İsmayillı rayonunda növbəti tədbir keçirilib.


Bu barədə Femida.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları və insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.

İsmayıllı Tarix diyarşünaslıq muzeyində baş tutan tədbirin axşam proqramı isə əhalinin ən çox toplaşdığı istirahət parkında “Səs” qrupunun iştirakı ilə məlumatlandırma və konsert proqramı həyata keçirilib.

Qeyd edək ki, 200 yaxın insanın iştirak etdiyi tədbir İsmayıllı rayon icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə keçirilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 881