“Təmiz Dünya”dan insan alverinə qarşı tədbir - FOTOLAR


22:51     12 Avqust 2015 11816321_1041991209153120_4066303046824965846_o.jpg

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində Şəki şəhərində sonuncu tədbirini keçirib.


İctimai birlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müəllimlər, mədəniyyət işçiləri, ictimai aktiv gənclər, kitabxana işçiləri və s. iştirak edib. Həmçinin, “Səs” qrupunun iştirakı ilə Heydər Əliyev parkında məlumatlandırma kampaniyası və konsert təşkil edilib. Tədbir Şəki şəhər icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə keçirildi.

Femida.az

Açar sözlər:

Oxunub: 1671