“Təmiz Dünya“da körpə dünyaya gəldi


20:27     16 İyul 2015 11703259_1028145820537659_347835081107322332_o.jpg

Dünən gecə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskulaşmış bir qadının qız övladı dünyaya gəlib.


Femida.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin ailəsinə bir qiz övladıda əlavə olunub.

"Qızımız o qədər gozəldir ki, Allah bəxtini gözəl etsin. Fidan balanın dünyaya gəlməsində yardımı olan hər bir insana sonsuz təşəkkürlərimizi bildiririk. 7 aydır ki, sığınacağın maliyyələşməsi üçün heç bir resurs yoxdur. Amma buna baxmayaraq həm hüquqi yardım, həm psixoloji yardıma gələnlər razı getdi. Bu il 4 nəfəri əməliyyat etdirə bildik. Nə qədər insanlara geyim və digər məsələlərdə komək edə bildik. 12 ailənin barışmasına dağılmamasına dəstək olduq. Bunları komandamızla və mərhəmətli insanların sayəsində etdik.

Mehriban Zeynalova sığınacağa edilən maddi və mənəvi yardımlar üçün hər kəsə təşəkkür edib.

Açar sözlər:

Oxunub: 1117