“Təmiz hava” aylığı çərçivəsində reyd


19:14     06 Avqust 2016 reyd2.jpg

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “təmiz hava” aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.



Femida.az xəbər verir ki, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirak etdiyi reyd zamanı havaya buraxılan dəm qazı normadan artıq olan 50-dən çox avtomaşın saxlanılıb.

Reyd zamanı, həmçinin avtomobillərin konstruksiyasında dəyişiklər edən, pərdə və plyonkalar quraşdıran sürücülər də aşkarlanaraq, onlar barəsində müvafiq inzibati cəza tədbirləri görülüb.

Açar sözlər:

Oxunub: 1089