“Təmiz Dünya” polislərə təlim keçdi - Şirvanda


15:04     09 May 2016 mehriban%20xanim5.jpg

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Şirvanda Məişət zorakılığı qurbanları ilə davranış modelinə dair seminar keçirib.


Femida.az xəbər verir ki, seminarda Şirvan şəhər polis idarəsinin əməkdaşları olan sahə müvəkilləri iştirak edib.

Seminarda məişət zorakılığın tarixi, ailədə baş verən zorakılıqla bağlı sterotiplər və ənənələr, zərərçəkmişlərlə davranış, xidmət paketləri haqqında məlumat verilib.

Seminar təşkilatın könüllü həyata keçirdiyi tədbirdir. Daxili işlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbir, Məişət zorakılığının qarşısının alınması haqqında Azərabycan Respublikasının Qanunun icrasına dəstək məqsədi daşıyır. Təlimlər Azərbaycanın bütün bölgələrində, sahə müvəkilləri arasında keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1422